Главная » 2012»Февраль»5 » Роя Айхан (данный материал содержит азербайджанский язык)
20:44
Роя Айхан (данный материал содержит азербайджанский язык)
Nəcəfova Royalə (Roya) Yaqub qızı. 1982-ci ildə iyun ayının 14-də Bakı şəhərində dünyaya göz açıb. Əkizlər bürcü,it ilindəndir.Əkizlər bürcü olduğundan bir az deyişkən xasiyyətlidir.Ailəsinin ilk övladıdır. Təxəllüsü Roya Ayxandır.Çox sadə, səmimi, mehriban, çox agilli bir xanimdir. Dostlarına. yaxınlarına sadiq bir insandır, ən əsası da sevilmeye dəyər bir xanımdır.Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin " Beynəlxalq Hüquq " fakultesinə daxil olub.Sənətə bəstəkar Sərvər Şahbeylinin dəstəyi ilə hələ məktəbdə oxuyarken gəlib. Ilk müəllimi "W- TRIO" qrupunun rəhberi Vagif Gərayzade olub. Qrupu 2002-ci ildə tərk edib ve solo karyeraya başlayıb. Indiyə kimi Röyanın iki albomu " Söylə" (2003) və " Ilqar " (2005) işıq üzü görüb. 19 klipi var. 1) Yalan sözlər, 2) Bilərsənmi, 3) Ayrılıq olmayaydı, 4) Söylə, 5) Qovuşmaz yolumuz, 6) Qatar, 7) Nazli yarım, 8) Cücə, 9) Darıxmışam, 10) Gəl danıs, 11) Deyin ona, 12) Gəlmədin, 13) De niyə, 14) Ulduz nəğməsi, 15) Nazlı, 16) Narın yağış,17)Sən oldun,18)Təkcə səni,19)Yenə yaz gələcək. 2004-cü ildə Azerbaycan musiqi mədeniyyətində göstərdiyi nailiyyətlərə göre "Qızıl Disk" mükafatına layiq görülüb, 2005-ci ildə keçirilən Beynəlxalq Yalta festivalında "Tamaşaçı simpatıyası" üzrə laureat oldu, 2006-ci ildə isə (V&V) prodüsser mərkəzinin keçirdiyi sorğuya əsasən Röya 2 namenasiya üzrə --1) ilin müğənnisi və 2) ilin konserti nomenasiyaları üzrə qalib oldu. 2005-ci ildə Heydər Əliyev adına Respublika Sarayında " Bu gecə" adlı ilk solo konserti oldu. 2006-ci ilde isə 3 gün yeniden Heydər Əliyev adına Respublika Sarayında " Darixmişam " adlı möhtəşəm solo konserti oldu. 2006-cı ilin Sentyabr ayının 15-dı Şəfa stadionunda baş tutmayan konsertini Röya elə məhz həmin ayın 22-nə keçirərək Milli parkda əvəzolunmaz bir konsert ile çıxış etdi. Istanbul tətili adlı bir filmə çəkilib. Röya Ayxan həmin filmin baş rolunda idi. Film Röyanin iştiraki ilə çox uğurlu alınıb.Bu yaxinlarda Teatrda aktrisa kimi çıxış edəcək. Evlidir. Bir övladı var...